Dünyaİran

Səudiyyə Ərəbistanı ilə İran arasında səfir mübadiləsi müzakirə olunacaq

İranla Səudiyyə ərəbistanı arasında səfir mübadiləsi ilə bağlı məsələlər müzakirə edilə bilər.

Bu barədə İran xarici işlər nazirinin müavini Əlirza İnayəti məlumat verib.

O, bununla bağlı iki ölkənin xarici işlər nazirlərinin görüşünün planlaşdırıldığını desə də, görüşdə vasitəçi kimi üçüncü tərəfin olub-olmayacağı barədə məlumat verməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Faysal bin Fərhan mediaya verdiyi açıqlamada İranla bağlı münasibətlərin qurulması barədə fərqli fikir səsləndirib.

“Çin vasitəçiliyi ilə Pekində İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılmasına dair razılaşma İranla aramızda olan problemlərin həlli demək deyil”,- o bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button