Dünya

Səudiyyə Ərəbistanına 20 ölkənin vətəndaşlarının girişi qadağan edilib

Bu gündən etibarən KOVID-19 pandemisinin geniş yayıldığı 20 ölkənin vətəndaşlarının Səudiyyə Ərəbistanına girişi qadağan edilib. Bu qərar yalnız diplomatlara, həkimlərə və onların ailə üzvlərinə şamil olunmur. Şahlığa giriş qadağasının tətbiq edildiyi ölkələrin arasında Amerika, Japon, Almaniya, eləcə də Misir, İmarat, Türkiyə və Lübnan da var. Səudiyyə Ərəbistanı Daxili İşlər Vəzirliyinin məlumatında bildirilir ki, listədə olan dövlətlərdən gələn başqa ölkələrin vətəndaşları da ölkəyə buraxılmayacaq.
Yeni qərarın verilməsi son günlər Səudiyyə Ərəbistanında KOVID-19-a yoluxanların sayının artması ilə ilgilidir. İki gün əvvəl də ölkə mərzlərinin meyin 17-dək bağlı olacağı elan edilib.

Related Articles

Bir cavab yazın

Back to top button