DünyaİranSiyasət

S.Ərəbistanına hücumun gizli şifrələri – İran qərbin “keçilməz müdafiəsini” necə yardı?

Səudiyyə Ərəbistanına məxsus “Aramco” neft emalı zavoduna təşkil edilən hücum bütün diqqətləri krallığın ABŞ-dan aldığı “Patriot” müdafiə sistemlərinə yönəldib.

Aznews.tv Redaktor.az-a istinadən xəbər verir ki, dünyada müdafiə xərclərinə ən çox vəsait ayıran 3-cü ölkə Səudiyyə Ərəbistanı, neft emalı zavodlarının müdafiəsini məhz “Patriot”lara həvala edib.

Analitiklər hesab edir ki, husi üsyançıları malik olduqları hərbi-texniki imkanları hesabına krallığın hava müdafiəsini yara bilməz.

Üstəlik nəzərə almaq lazımdır ki, neft emalı zavodlarının ətrafında “HAWK”, İsveçrə istehsalı “Skyguard” və Fransa istehsalı olan “Shahine” kimi müdafiə sistemləri də var.

ABŞ adminstrasiyası hücumların birbaşa İranın iştirakı ilə təşkil olunduğunu iddia edir. Əslində, bu ittiham İranın hərbi qüdrətini ortaya qoymaqla yanaşı, “Patriot” sistemlərinin zəifliyini üzə çıxarır. Halbuki, bu günə kimi qərb  “Patriot”u keçilməz hava səddi kimi qələmə verirdi.

Necə oldu ki, İran ABŞ-ın ən müasir sistemlərini ciddi güc sərf etmədən yara bildi? Analitiklər hesab edir ki, hücum çox yaxşı planlaşdırılıb və burda “Patriot”un ən zəif cəhətləri və krallığın radar sistemlərinin özəllikləri nəzərə alınıb.

  1. Hücum zamanı 18 pilotsuz aparat və 7 raketdən istifadə edilib.
  2. Raketlərin radara düşməməsi üçün onların iri başlıqları çıxarılıb.
  3. Mərmilər yerə çox yaxın trayektoriya ilə uçduğu üçün radar sistemlərinə düşməyib.
  4. Ola bilər ki, radar sistemləri düzgün yerləşdirilməyib.

Bu hücumlardan sonra, ABŞ-ın indiyə qədər İrana niyə hərbi müdaxilə etməkdən çəkindiyi aydın olur. Necə deyərlər, Tehran asan rəqib olmadığını bir daha bütün dünyaya nümayiş etdirdi.

Ekspertlər Rusiyanın da bu hücumda dolayısı ilə iştirak etdiyini istisna etmir. Ötən il ABŞ-ın Suriya ordusunun mövqeyinə atdığı raketlərdən bəzilərinin partlamadığını və onların Rusiya ordusu tərəfindən ələ keçirildiyini yəqin hamınınız xatırlayırsız. Hadisədən dərhal sonra, Rusiyanın Müdafiə Nazirliyi həmin mərmilərin araşdırılacağını və nəticədə ABŞ-ın müdafiə sistemlərindəki boşluqların üzə çıxarılacağını bəyan etmişdi. İstisna edilmir ki, Moskva “Patriot”ların zəif cəhətləri barədə İrana məlumatlar ötürüb.

Rusiya bununla ABŞ-a “güvəndiyiniz ən güclü müdafiə sistemlərinizin zəif cəhətlərini bilirik” mesajını verdi. Bundan əlavə, Kremldə hücumun neftin qiymətinə təsir edəcəyini yaxşı bilirdilər.

1990-cı ildə İraqın Küveytə hərbi müdaxiləsindən sonra, ilk dəfə neft bir gün ərzində 19 faiz bahalaşdı və Rusiya bundan ciddi gəlir əldə etdi. Belə görünür ki, ümumilikdə baş verən proseslər daha çox Rusiyanın xeyrinə işləyib. Biz hələ, “Patriot”un gözdən salınması fonunda, Rusiya istehsalı olan müdafiə sistemlərinə təlabatın artacağından danışmırıq.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button