Dünya

Saakaşvilinin şəxsi həkimi onunla bağlı ümidsiz öngörü verib

Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvilinin şəxsi həkimi Nikolo Kipşidze mərizinin qan azlığından əziyyət çəkdiyini və səhhətinin yaxın günlərdə pisləşə biləcəyini söyləyib.

Nikolo Kipşidze bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Kipşidzenin sözlərinə görə, Saakaşvili güclüdür və özünü yaxşı hiss edir. “Batumidə baş verən evin çökməsi hadisə ilə əlaqədar çox əsəbi olub. Aclıq etisabını davam etdirir və mənə bunu dayandırmayacağını söylədi”, – həkim deyib.

O, qeyd edib ki, Saakaşvilinin saxlanıldığı həbsxananın baş həkimi ilə görüşüb. Kipşidzenin sözlərinə görə, siyasətçinin aparılması zəruri olan müayinələri artıq edilib.

“Cavablar ürəkaçan deyil. Hələ dərmana ehtiyacı yoxdur, amma gələn həftə ehtiyacı olacaq. Analizlər iki-üç gün ərzində pisləşəcək və fərqli müalicə tələb edəcək. O, heç vaxt aclıq etisabı keçirməyib, su içir. Qıza yemir, meyvə şirəsi içir. Artıq nəsə alacaq pulu yoxdur. Səhhəti pisləşəcək. Bir neçə gün sonra təhlükə ilə üzləşəcək, çünki qan azlığı var”, – Kipşidze əlavə edib.

Qeyd edək ki, Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb, o, hazırda Rustavi şəhərindəki həbsxanadadır. Daha öncə Saakaşvilinin vəkilləri onun aclıq etisabının səkkizinci günündə 12 kiloqram arıqladığını xəbər veriblər. Gürcüstanın zindanlarının rəisi Nika Sxvariaşvili jurnalistlərə bildirib ki, siyasətçi həbsxanada bal və təbii şirələr almağa başlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button