Dünya

ŞAHZƏDƏ SALMANA RƏQİB ÇIXDI

İngiltərənin Bərtər Liq başqahlarından “Nyukasl” almaq üçün 300 milyon funt-sterlinq təklif edən Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Salmana rəqib çıxıb. Amerikada televiziya sahibi olan Henri Mauriss başqahın sahibi Mayk Eşlinə “Nyukasl” üçün 350 milyon funt-sterlinq təklif edib.

Amerikadakı ən böyük televiziya sahiblərindən biri kimi göstərilən Henri Maurisin təxminən bir ildir “Nyukasl”la bağlı danışıqlar apardığı məlum olsa da, şahzadə Salmanın məbləği qaldırması vəziyyəti dəyişmişdi.

“Nyukasl”ın sahibi Mayk Eşli və şahzadə Salmanın danışıqları ciddi mərhələyə yaxın olduğu üçün Henri Maurissin şansı çox zəif qiymətləndirilir, bununla belə 50 milyon funt-sterlinqlik fərq gedişatı dəyişə bilər.

Bərtər Liqin beynəlxalq yayım hüquqlarına sahib olan Qətərin “beIN SPORTS” şirkətinin müdiri Yusif Əl-Obaidli namə göndərərək başqahların bu satışa icazə verməməsini istəyib. Yusif Əl-Obaidli məktubunda dünyanın ən böyük icazəsiz yayımlarının Səudiyyə Ərəbistanına aid olduğunu bildirib və şahzadə Salmana bu satışla bağlı razılıq veriləcəyi təqdirdə Bərtər Liqin markasının çox zərər görəcəyini deyib.

Nəhayət, İstanbulda öldürülən Səudiyyə Ərəbistanı jurnalisti Camal Qaşıqçının nişanlısı Xədicə Çingiz İngiltərə hökumətinə üz tutaraq şahzadə Salmanın qatil olduğunu bildirib.

Xədicə Çingiz şahzadə Salmanın Səudiyyə Ərəbistanının dünyadakı pozulmuş imicini düzəltmək üçün milyardlarla pul xərcləyəcəyini iddia edərək Bərtər Liq Başqahlarına “Bu pis adamı aranıza almayın” sözləri ilə xəbərdarlıq edib.

Related Articles

Bir cavab yazın

Back to top button