AzərbaycanBölgəCəmiyyətİranMədəniyyət və incəsənətSiyasət

Saleh Kamrani: “Dünya Azərbaycan türklərinin bağımsız, demokratik dövlət qurmaq fikrini qəbul etməlidir”- FOTO

Sentyabrın 24-də Nyu Yorkda səfir Mark Valesin təşəbbüsü ilə “İranın gələcəyi” adlı forum keçirilib.

Aznews.tv xəbər verir ki, toplantıya İranda yaşayan milli azlıqların mühacir təşkilatları qatılıb.

Yığıncağı açan Mark Vales İranın dünyanın bir çox ölkələri ilə problemlər yaşadığını bu problemlərin əsasında insan hüquq və azadlıqlarının dayandığını vuğrulayıb. Onun sözlərinə görə, bu toplantı ABŞ-ın İranda yaşayan milli azlıqların və hakimiyyətin baxışlarını bölüşməyənlərin həyəcan təbilinə səssiz qalmayacağının göstəricisidir.

Daha sonar kürsüyə ABŞ prezidentinin müşaviri, Nyu York meri Rudi Culianı dəvət edilib. Çağdaş dünyada insan azadlığının çox dəyərli olduğunu bildirən R.Culianı İran hakimiyyətini sərt tənqid edib: “Tehran ölkədəki mill azlıqların bütün hüquq və azadlıqlarını məhdudlaşdıraraq fars ağırlıqlı hakimiyyət formalaşdırıb. 1979-cu il inqilabından sonra başlanan bu proses İranda insan haqlarının çox kobud şəkildə pozur və hər keçən gün durum bir qədər də kəskinləşir. Sivil dünya bu prosesi dayandırmalıdır”.

Bundan əlavə, Rudi Culiani Avropa dövlətlərinə, xüsusən Fransaya çağırış edib: “Bu gün İranda insanlar dini baxışlarına görə həbs edilir, edam olunur. Qadınlar hüquqsuz vəziyyətdədirlər. Hakimiyyətlə fərqli düşünən bütün kəsimlər davamlı təqib, həbs, edam təhlükəsi altında yaşayırlar. Mən Avropaya, xüsusən Fransaya səslənirəm – İranla işbirliyini kəsin. Bu gün Fransa iş adamları İranda çalışır. Sizin ora xərclədiyiniz 1 dolların ən azı yarısı məsulmarın qətlinə yönəlir. Buna vicdanınız necə yol verir? Bu gün dini lider qiyafəli Tehran rejiminin əsl simasını görmək üçün hər il İrandakı edam cəzalarına baxmaq yetərlidir. Onların bu mənəviyyata və hüquqa sığmayan əməllər üçün sivil ölkələrdən dəstək alması çox utancvericidir. Demokraik dünya bu qanunsuz, mənəviyyatdan və hüquqdan kənar prosesi dayandırmalıyıq. Biz İranda dinlə dövlətin ayrılmasını, bütün millətlərə bərabər hüquqlar tanıyan demokratik düzən qurulmasının tərəfdarıyıq”.

2018-ci ildən bugünə qədər İranın ayrı-ayrı şəhərlərində 200-dən çox etiraz aksiyası keçirilib. İran qapalı ölkə olduğu üçün biz aksiyaların motivləri haqqında İnsanlar artıq bu şərtlər altında yaşamaq istəmirlər. Onlar necə bir təqiblə üz-üzə olduqlarını dərk edərək, ölümlərini gözə alaraq meydanlara çıxırlar. Bu da onların nə qədər çarəsiz olduğunu göstərir. İranın Səudiyyəyə hücumlarının arxasında da dünyanın diqqətini daxili problemlərindən yayındırmaq cəhdi dayanır. Ancaq bütün bunlar əbəsdir. Birləşmiş Ştatlar İranla bağlı yeni sanksiyaları gündəmə gətirir. Biz İran iqtisadiyyatının qısa zamanda daha 6 faiz zəifləyəcəyini proqnozlaşdırırıq. Avropa bu məsələdə bizə dəstək versə, bu azalma 15 faizə çata bilər. İranda 17 yaşlı uşaqlardan işgəncə ilə ifadə alınır və sonra onlar edam edilir. Fransanın belə bir rejimlə iqtisadi münasibətlər qurmasını anlamıram və rəsmi Parisi Tehranla bütün iqtisadi münasibətləri kəsməyə çağırıram”.

İrandakı milli azlıqlar içərisində ilk söz türklərə verilib.

İnsan haqları müdafiəçisi və Azərbaycan Mərkəz Partiyasının başqanı Saleh Kamrani təmsil etdiyi qurumun İranın gələcəyi ilə bağlı baxışlarını açıqlayıb:“Bu kürsüdən dünyaya Güney Azərbaycan Demokratik hökuməti adından səslənirəm. Azərbaycan türkləri İranın ən böyük etnik qrupu olsa da heç bir milli hüquqa sahib deyil. İran İslam inqilabından sonra biz İrandakı digər xalqlarla bərabər bütün milli haqlarımızdan məhrum olmuşuq. Tehran bizi idarəetmədən uzaqlaşdırıb, dilimizi, milli kimliyimizi əlimizdən almaq üçün ardıcıl siyasət həyata keçirib. Bu gün Güney Azərbaycanda yaşayan türklərin ən böyük arzusu ana dilində təhsil almaqdır. Türklər kimi, kürdlər, yəhidilər, bəluclar, ərəblər, bəhailər də sıxışdırılır, heç bir haqq və hüquqları qorunmur. İsraili yer üzündən silməyi qarşısına məqsəd qoyan İran hətta bu ölkə ilə münasibətləri məsafəli saxlaması üçün Azərbaycan Respublikasında da basqı göstərir”.

Saleh Kamrani bildirib ki, yalnız şiəliyə dayanan rəsmi Tehran bölgədə dini zəmində konfliktlər yaradır, Türkiyə dövləti daxil regionun bir çox ölkələrini təhdid edir: “Bu gün İranda qadınlar kişilərin mülkiyyəti sayılır. Milli düşüncəli insanlar, öz haqqını tələb edənlər həbs, edam edilir. İşsizlik, ayrı-seçkilik insanların həyatını məşəqqətə çevirib. Güney Azərbaycanda etiraz dalğası getdikcə böyüyür və hesab edirəm ki, dünya Azərbaycan türklərinin bağımsız, demokratik dövlət qurmaq fikrini qəbul etməlidir. Azərbaycan türkləri İranın demokratikləşməsi üçün azaqlıq mücahidi olmağa hazırdır”.

Saleh Kamrani sonda diqqəti İran rejiminin dünya ilə dialoqu kəsməsinə yönəldib: “İran region üçün, dünya üçün təhdidə çevrilib. Bununla belə rəsmi Tehran həm daxildə, həm xaricdə bütün dialoq təkliflərini rədd edir. İranda yaşayan bütün milli azlıqlar kimi biz Azərbaycan türkləri bu şərtlər altında yaşamaq istəmirik və İranda azad, demokratik yönətim qurulana qədər mübarizəmizi davam etdirəcəyik. Biz hesab edirik ki, dünya İranda yaşayan xalqların öz müqəddəratlarını təyinetmə haqqını tanımalıdır”.

Aznews.tv

 

Related Articles

Bir cavab yazın

Back to top button