Azərbaycan

Saleh Kamrani təşəkkürnamə ilə təltif edilib

Azərbaycan cümhurisinin Ümumilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi görəvə – diaspora quruculuğu işinə özəl qayğı ilə yanaşan İlham Əliyev diaspora fəaliyyətində yeni ənənələrin əsasını qoyur. Bu məqsədlə diaspora quruculuğu sahəsindəki önəmli xidmət və fəaliyyətlər yüksək qiymətləndirilir.
ANT Televiziyasının rəhbəri, insan haqları müdafiəçisi Saleh Kamrani də ictimai-siyasi xidmətlərinə, habelə Vətən savaşı dövründə diaspor quruculuğu işində göstərdiyi fəallığına görə Azərbaycan cümhurisinin Diasporla İş üzrə Dövlət Komitəsinin başqanı Fuad Muradov tərəfindən ödül və təşəkkürnamə ilə təltif edilib. Saleh Kamrani 44 günlük Vətən savaşında beynəlxalq hüquq prinsiplərinin dünya ictimaiyyətində çatdırılmasında, diaspora təşkilatlarının fəaliyyətinə yardımın göstərilməsində önəmli xidmətləri ilə seçilir.
Qeyd edək ki, ANT Televiziyası Vətən savaşı ilə ilgili diaspora təşkilatlarının xidmətləri, Ermənistanın ölkəmizə qarşı nizami təcavüzünün tarixi, son nizami qarşıdurmalar, ordumuzun apardığı uğurlu nizami əməliyyatlarla bağlı məlumatların geniş işıqlandırılmasında özəl rol oynayıb. Bundan başqa, ANT Televiziyasının efirində Azərbaycan cümhurisinin Ali Baş fərmandehi, Prezident İlham Əliyevin xalqa müraciətləri, Azərbaycan cümhurisinin difa vəzirliyinin ən son məlumatları aktiv və şəffaf şəkildə yayımlanıb.
Saleh Kamrani xarici media orqanlarına Vətən savaşı ilə bağlı özəl açıqlamalar verərək bu mövzunu daim diqqətdə saxlayıb.
Bizə göstərdiyi etimad və diqqətə görə Azərbaycan cümhurisi Prezidenti cənab İlham Əliyevə və Azərbaycan cümhurisinin Diasporla İş üzrə Dövlət Komitəsinə dərin minnətdarlığımızı bildiririk!

Related Articles

Bir cavab yazın

Back to top button