İran

Şallaq cəzaları kəskin artıb

Ötən ilin sentyabr ayından başlayan etiraz aksiyalarından bu günə kimi İran məhkəməsi 13-ü qadın olmaqla 117 nəfər siyasi və mədəni fəal barədə 7404 şallaq zərbəsi cəzası verib.

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Məlumatda bildirilib ki, İran məhkəməsinin şallaq cəzası verməsi halları barədə qərarları öncəki illə müqayisədə 4 dəfə artıb.

Qeyd edək ki, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Konvensiya şallaq vurma kimi ləyaqəti alçaldan cəzaların tətbiqini açıq şəkildə qadağan etsə də, Tehran höuməti bu cəzanı tətbiq etməkdə davam edir.

Related Articles

Bir cavab yazın

Back to top button