Azərbaycanİran

Salmas zindanında məhbuslar ağır durumda saxlanılır

Qərbi Azərbaycan əyalətinin Salmas şəhərinin zindanında məhkumların davamlı incidildiyi bildirilir.

İran İnsan Haqları Təşkilatı Qərbi Azərbaycan əyalətinin Salmas şəhərinin zindanında hakim olan ağır durumla bağlı məlumat yayıb.

Məlumatda zindanda ibtidai şərayitin olmaması, məhkumların davamlı incidildiyi, havalandırma, içməli su, tibbi yardım və başqa bu kimi imkanların olmadığı bildirilir.

Bununla yanaşı 5 bölmədən ibarət zindanda çarpayı çatışmazlığı ucbatından məhbusların çoxunun yerdə yatmağa məcbur olduqları qeyd olunub.

İnsan haqları təşkilatı məhbusların ailələrinə istinadən qeyd olunan problemlər səbəbindən çox sayda məhkumun müxtəlif xəstəliklərə yoluxduğunu yazıb.

Məhkumların təsnifatlandırılmadığını yazan insan haqları təşkilatı, ağır cinayətlər törətmiş məhbuslarla, adi və siyasi məhbusların eyni bölmələrdə saxlanıldığını, bununlada siyasi məhbuslara davamlı təzyiq göstərildiyini, zindan rəhbərliyinin məhkumlara qarşı qeyri-insani davrandığını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button