Azərbaycan

Təbrizdə Urmu gölü ilə bağlı aafişalar yayılıb

Şəhərdə ekoloji problemi əks etdirən çox sayda afişalar yayılıb.

Avqustun 7-də Təbrizdə bir qrup milli-mədəni və çevrə fəalı şəhərdə çox sayda afişalar yayaraq Urmu gölündə baş verən ekoloji problemə diqqət çəkmək istəyiblər.

Fəallar afişalarda müxtəlif şüarlar, o cümlədən “Urmu gölünə su getməsinin qarşısı alıblar” kimi şüarlar yazaraq hökumətin gölün bərpasına məsuliyyətsiz yanaşdığını bildiriblər.

Bu son bir həftə ərzində Təbriz və Urmu şəhərlərndə ekoloji problemlə bağlı keçirilən ikinci aksiyadır.

Son statistikaya görə, Urmu gölünün 90 faizdən çoxu quruyub və gölün canlandırılması üçün nəzərdə tutulan layihələrin tamamlanması gecikdirilir.

Related Articles

Bir cavab yazın

Back to top button