İran

Sanksiyaları pozan üç iranlı ölkələrinə təhvil verilib

Tehran beynəlmiləl təhrimləri pozmaqda günahlandırılan üç iranlının azad edilməsi qarşılığında Tehranda iki ildən çox həbsdə olan britaniyalı-Avstraliyalı araşdırmaçı Keyli Mor-Gilberti azad edib. Məsələ ilə bağlı İran televizyonunun çərşənbə günü verdiyi məlumatda bildirilib. Məlumata görə, bir iranlı iş adamı və iki İran vətəndaşı “əsassız səbəblərdən” həbsə məhkum ediliblər. İran televizyonu həmin üç iranlının tutulduğu ölkə və ya ölkələr haqqında bilgi verməyib. Mətbuatda yayılan görüntülərdə Keyli Mor-Gilbertin Tehran hava limanına daxil olarkən onun çiyinlərinə İran bayrağını salan 3 iranlı əks olunub.

Related Articles

Bir cavab yazın

Back to top button