İran

Sanksiyaların ləğvi layihəsinin icrası üzrə araşdırma aparılıb

İranda “Təhrimlərin Ləğvi və Millətin Hüququnun Qorunması üzrə Strateji İşlər Qanunu tərhinin icrası üzrə araşdırma aparılıb. İraə olunmuş quzarişlərə görə, IR2M santrifujların quraşdırılmasına başlanılıb”. Bu fikirləri dey ayının 21-də Məclisin Milli Əmniyyət Komisionunun sözçüsü Əbülfəz Əmuyi səsləndirib. Əmuyi İslami Şura Məclisinin Milli Əmniyyət və Xarici Siyasət Komisionun toplantısı ilə bağlı bildirib: “Toplantı Atom Enerjisi Sazimanının və Xarici İşlər Vizarəti müavinlərinin hüzuru ilə keçirilib. Kamalvəndi tərhin icrası ilə bağlı quzarişi iraə edib. Onun sözlərinə görə, uraniumun yüzdə 20 zənginləşdirilməsi həmin qanunun birinci maddəsinə uyğun icra olunub. Bu barədə Beynəlmiləl Atom Enerjisi Ajansına bildirilib. Xarici İşlər Vizarətinin Hüquqi və Beynəlmiləl İşlər üzrə müavini toplantıda bildirib ki, tərhin qanuniləşdirilməsi yönündə bütün işlər görülüb. Xarici tərəfdaşların qanunu pozmalarına icazə verilməyəcək”.
Toplantının davamında Silahlı Qüvvələrin Məmurlarının Silahdan İstifadə Qanuna Düzəliş Layihəsi komision tərəfindən təsvib olunub. Ayrıntıların araşdırılması üçün məclisin Milli Əmniyyət və Xarici Siyasət Komisionun Difa Komitəsinə göndərilib.

Related Articles

Bir cavab yazın

Back to top button