İran

Qoşaçayda koronavirusa qarşı görülən işlərlə bağlı açıqlama

Qoşaçayda Koronavirusun Molekulca Təşxis Vahidi istifadəyə verilib. Məqsəd koronavirusun bəlli edilməsini sürətləndirməkdir. Bu barədə Qərbi Azərbaycanın Tibb Elmləri Danişqahının rəisi doktor Cavad Ağazadə məlumat verib. O, dey ayının 21-də Əyalət üzrə Koronavirusa Qarşı Mübarizə və İdarə Olunması Sitadının 94-cü toplantısında iştirak edib. Bildirib ki, 3 ədəd 16 Slays qabaqcıl CTScan dəsqahı Urmunun Seyidüş- Şühəda, Xomeyni, Qoşaçayın Həzrət Fatimə mərizxanasına təhvil verilib və quraşdırılır. Ağazadənin sözlərinə görə, məsullar ilə əhali arasında sağlıq protokollarına riayət edənlərin sayı azalıb. Buna görə də mərizliyin dördüncü fazı gözlənilir. O, Urmu Qadın Mərizlikləri Came Mərizxanasının istifadəyə verilməsi ilə bağlı da açıqlama verib. Qeyd edib ki, mərizxanada MRI, CTScan dəsqahlarının quraşdırılması ilə bağlı işlər görülür. Mərizxana yaxın 15 gündə xidmət göstərməyə başlayacaq.

Related Articles

Bir cavab yazın

Back to top button