Araşdırma & Təhlilİran

Sapı bizdən baltalar

İran cəmiyətinin hardasa yarısı Türklərdilər. Azərbaycan Türkləri ölkənin ən çox cəmiyətinə sahib etnik qurublardan olsalar da ən təməl haqlarından məhrumdular. İranda on milyonlarca insanın əlindən alınan təməl haqlardan biri də Ana dilində təhsil və ümumiyyətlə Farscadan başqa dillərin rəsmi olmamasıdır. Belə ki heç bir yüzdə yüz Türkcə basılan dərgi və qəzetə izin verilmir. Hətta televizyon kanallarında zorla Farsca yayın da yerləşdirilir. Seçilən Türkcə dili də son dərəcə Türk dili və ədəbiyyatı qaydalarından uzaq olub lağa qoyulur. Ancaq İran hakimiyyəti işinə gəldikdə elə yasaqladığı Türkcədən istifadə etməyə başlayır. Örnək üçün milyardlarca tümən büdcəsi olan Səhər kanalıyla Azərbaycan Türkcəsində yayınlar verib İslam Cumhuriyyəti ideolojisini Azərbaycan Cumhuriyyətində yaymağa çalışırlar. Bir halda ki milyonlarca insan Güney Azərbaycanda ana dillərində doğru düzgün bir proqrama həsrətdilər. Tehran hakimiyyəti Azərbaycan cumhuriyyətində milləti zəhərləmək üçün televizyon kanalları qurur. Bu iş təkcə televizyonla da qalmır. İran hakimiyyəti özəlliklə də din və məzhəb adı altında sosyal şəbəkələrdə də çox ciddi çalışır. Özəlliklə həssas zamanlarda elə bu sözdə dini məsələlərlə ilgilənən səhifələr hamısı ortaq hərəkətə keçib İranı savunarlar. Bu kiumi hərəkətlərdə qullanılan əsas adamlar da nə yazıq ki elə İran Türklərindən olur. Yəni sayıları hər zaman azınlıqda olsa da Ata – baba sözündə olduğu kimi “Sapı bizdən baltalar” dılar.

Ötən günlərdə və İranın Azərbaycan cumhuriyyətinə qarşı hücuma keçdiyi zamanda millətlərinə üz çevirən bu adamlar da Azərbaycan düşmənliyinin ön səfində yer alırdılar.

Sözdə Təbriz Millət Vəkili olan Mir Ta:cəddini keçən gün İran məclisində kağaz üstündən də olmuş olsa Türkcə danışmağa çalışdı. Mir ta:cətddini Aəzərbaycan Cumhurbaşqanı və millətinə sayqısızlıq edib böş ittiham ları təkrarladı. O, Azərbaycan Cumhuriyyətinə qarşı hələ ki bu günə qədər heç birini sübut edənmədikləri suçlamaları bir daha təkrarladı.

Habelə Tehran Şəhər Şürasının Türk əsilli üyəsi Cəfər Şərəbiyani də Şəhər Şura məclisində Türkcə danışdı. Şərəbiyani elə böyük bir yalan dedi ki sosyal medyada millətin lağa qoymasına səbəb oldu. Tehran Şəhər şürasının üzvü 1990-cı illərdə Azərbaycan Cunhuriyyəti müstəqil olduğu zamanlar millətin Araz qırağına gəlib “O tay bu tay bir olsun, Xaməneyi Rəhbər olsun” şüarı verdiklərini iddia etdi. Bu gülünç iddia İranın çarəsizliyini göstərsə də əslində sapı bizdən olan baltaları da ortaya çıxarmış oldu. Azərbaycan düşmançılığında bir biriylə yarışan bu adamlar özəlliklə bu günlərdə özlərini son dərəcə gözdən salıblar.

44 günlük Qarabağ savaşı əslində Güney Azərbaycan üçün də çox böyük zəfər gətirdi. Ən başda da Azərbnaycanlılar kimin dost, kimin düşmən olduğunu gördülər.

İllərdir təbliğat edib Qarabağ İslam Toprağıdır diyən mollaların necə Ermənistana dəstək vermək üçün səfdə durmalarını da millət gördü. Habelə Əli Xa:məneyinin iddialarıyla əməlinin fərqi yenə millətin gözünün açılmasına səbəb oldu.

Buna görə də bu günlərdə İranda Azərbaycan düşmənçiliyi, əslində millətin oyanışı üçün taysız bir fürsət yaradıbdır. Gözləyib görmək gərəkdir ki, günün sonunda İranın nifrətli siyasəti qazanacaq yoxsa millətin Azərbaycan sevgisi?

Related Articles

Bir cavab yazın

Back to top button