İran

Saravanda silahlı insident baş verib

Sistan və Bəluçistan vilayətinin Saravan şəhərində silahlı atışma baş verib. Belə ki, Sipah qüvvələri yanacaq qaçaqçılarının hərəkətinin qarşısını almaq üçün mərzin sıfır nöqtələrini bağlayıb və orada xəndəklər qazıb. Buna görə də bir qrup şəxs Sipah paayqahının qarşısına toplaşaraq mərzin açılmasını tələb edib. Sipah qüvvələri isə etirazlara atəş açmaqla cavab verib. Olay nəticəsində 2 nəfər həyatını itirib, daha iki nəfər yaralanıb. Bildirək ki, İranda dolanışığın çətinləşməsi insanları müxtəlif yollarla, o cümlədən yanacaq qaçaqçılığı ilə pul qazanmağa vadar edir. İran hökuməti ölkədəki iqtisadi durumu düzəltmək əvəzinə öz vətəndaşlarına qarşı hücumlar təşkil edir.

Related Articles

Bir cavab yazın

Back to top button