İran

Sari zindanında məhkum edam edilib

İyunun 30-da Mazəndəran əyalətinin mərkəzi Sari şəhərinin zindanında daha bir məhkum dar ağacından asılaraq edam edilib.

İnsan haqları fəallarının verdiyi məlumata görə, 2020-ci ildən Sari şəhərinin zindanında saxlanılan Mehdi Əmiri Merqavi qətldə ittiham olunurdu.

Onun edam edilməsi barədə İran məhkəmə sistemi və rəsmi dövlət mediası hər hansı bir açıqlama verməyiblər.

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatı iyulun 1-də yaydığı son hesabatında bu ilin birinci yarısında İranın müxtəlif zindanlarında 251 ölüm hökmünün icra edildiyini bildirib.

Ötən ilin eyni dövründə 117 edam hökmünün həyata keçirildiyinə diqqət çəkən təşkilat ölkədə edam cəzalarının kəskin artmasından narahatlıq ifadə edib.

Related Articles

Bir cavab yazın

Back to top button