İran

Sehrin Səddinin suyu quruyub, canlılar tələf olub

Zənganın Sehrin səddinin suyunun quruması ilə bu səddə yaşayan bütün canlılar tələf olub. Məlumata görə, əkinçilik bölümündə həddən artıq bu səddin suyundan istifadə edilməsi onun qurumasına səbəb olub. Zənganın Yaşam çevrəsi və Təbiətə Nəzarət İdarəsinin muüavini Pərviz Rüstəmi səddin quruması ilə minlər canlının tələf olduğunu təiid edib. O, bildirib ki, olayla bağlı yalnız hadisə baş verdikdən sonra məlumatlı olublar. Pərviz Rüstəminin sözlərinə görə, sədd Abxizdari İdarəsi tərəfindən quraşdırılıb. Ancaq balıqları səddə buraxan hər hansı bir şəxs və ya orqan bəlli deyil.
olayla bağlı araşdırma aparılır.
Qeyd edək ki, baş verən oxşar hadisələrdə Yaşam Çevrəsi İdarəsi məsulları hər kəsdən sonra xəbərdar olurlar. Ancaq nəzərə alınmalıdır ki, bu idarələrin vəzifəsi təbiətə düzənli olaraq nəzarət etməkdir.

Related Articles

Bir cavab yazın

Back to top button