İran

Sentyabrın 25-i İranda aksiyalar davam edib

Sentyabrın 25-i gecə saatlarında İranın müxtəlif şəhərlərində dinc etiraz aksiyaları davam edib

Xarici media və sosial şəbəkə fəallarının verdiyi məlumata görə, Təbriz, Rəşt, Tehran, Kərəc, Sənəndəc, Zahidan, İsfahan, Şiraz, Qəzvin və başqa şəhərlərdə aksiyaçılar Əli Xameneyi və hökumət əleyhinə şüarlar səsləndirib, bir-sıra hallarda hökumət məmurlarının hücumlarına müqavimət göstəriblər.

Tehran şəhərinin 8 müxtəlif bölgəsində keçirilən aksiyalarda hökumət məmurlarının dinc etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etdiyi, bəzi yerlərdə odlu silahdan atəş açılıb.

Paytaxtın Şadeqan bölgəsində bir neçə ağır partlayış səsləri eşidilib, narazılara qarşı avtomat silahlardan atəş açıldığını göstərən vudeolar yayılıb.

Təbrizin “Hüseyn Fəhmidə” meydanı və “Rəşidiyyə” bölgəsində aksiyaların daha geniş keçirildiyi, gənclərin “nə şahçıyam nə şeyxçi, millətçiyəm, millətçi” şüarları səsləndirdiriblər.

Yayılan videolarda Kürdüstan əyalətinin mərkəzi Sənəndəc şəhərində davamlı partlayış və atışma səsləri eşidilir.

Sosial media fəallarının verdikləri məlumatlara görə, aksiyalar sentyabrın 26-ı səhər saatlarına qədər davam edib.

Onlarla yaralı və çox sayda həbs edilənin olduğu barədə xəbərlər  yayılsa da, hələlik onların kimlikləri və dəqiq saylarını müəyyənləşdirmək mümkün olmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button