İran

SEPAH-a bağlı qəzetin məsulu Azərbaycan Cumhuriyyətini “ayrılmış Azərbaycan” adlandırdı

İranla Azərbaycan cumhuriyyəti arasında yaranmış gərginliyin davamında, SEPAH-a bağlı qəzetin məsulu Azərbaycanı “ayrılmış Azərbaycan” adlandırıb.

İranın Qarabağa şübhəli mallar daşıyan yük maşınları göndərməsindən, Sepahın və dünəndən başlayaraq İran ordusunun Azərbaycan ilə sınırda keçirdiyi manovrdan, habelə Azərbaycan Prezidentinin tənqid və xəbərdarlıqlarından sonra, Sepahla ilgili “Cavan” qəzetinin məsulu Abdullah Gənci Azərbaycanı “ayrılmış Azərbaycan” adlandırıb.

O yazıb: Arazın hər iki tayında yaşayan millətlər min illərdir İran kimliyinə sahibdir, nəinki İrana sancaqlanıb. İndiyə qədər ayrılmış Azərbaycanın hökmdarlarına hörmətlə yanaşdıq və onları rəsmi şəkildə tanıdıq. Ancaq başa düşməlidirlər ki, icarəyə götürdükləri güclə, böyük dövlətlərin qarşısında dayanmış güclərə meydan oxuya bilməzlər.

Bildirək ki, “ayrılmış Azərbaycan” deyilən söz İranda Güney Azərbaycan siyasi hərəkatına və buradakı “bütöv Azərbaycan” siyasi termininə cavab olaraq verilən bir sözdür.

Xatırladaq ki, son günlər İranın Azərbaycana güc göstərisi üçün Araz boyu Naxçıvanla sınıra qoşun çəkərək manovr keçirməsi ilə yanaşı, İranın siyasi məqamları, millət vəkilləri, mətbuatı və imam-cümələri də Azərbaycana qarşı qarayaxma kəmpeyninə başlayıblar.

Related Articles

Bir cavab yazın

Back to top button