Araşdırma & Təhlilİran

İranın Azərbaycana qarşı propaqanda savaşı başarısız qaldı

İran da bütün diktator hakimiyyətlər kimi propaqanda və media savaşını son dərəcə önəmsəyir. Demokratik olmayan ölkələr kimi millətinə ədalət və huquq əsasında yox, qorxuyla hökm etməyə çalışır. Misal üçün İran İslam Cumhuriyyəti quruluşundan etibarən İsrailə qarşı nifrət bəsləyib düşmənlik edir. Əli Xamneyi hər fürsətdə İsraili məhv edəcəyini deyir və illərdir ətraf ölkələrdə silahlı örgütləri bu amac üçün milyonlar dolar pul ayırır. Ancaq heç bir zaman özünü İsraildən qoruya bilməyib. Keçdiyimiz aylarda Müdafiə vəzirinin müavini Fəxrizadə Tehranda vuruldu, ondan öncə də bir çox önəmli atom enerjisi uzmanı bənzər şəkildə öldürülmüşdü. Habelə İsrail tonlarla önəmli sənədi İranın ən güvənli yerlərindən çıxartdı. İran bunların heç birinin qarşısını ala bilmədi və tamamən İsrail qarşısında aciz qaldı. İş o yerə çatdı ki, İttilaat vəziri Mossadın İranın önəmli yerlərində nüfuza sahib olduğuna etiraf etmək zorunda qaldı. BUndan başqa sahələrdə də İran son dərəcə başarısız bir dövlətçiliyə sahibdir. Örnək üçün Koronavirus qarşısında tam bir rəzillik ortaya çıxdı və on minlərlə insan həyatını itirdi. İran bu qədər iddiayla ən sadə sorunlar qarşısında da aciz qalıb. Ancaq iş propaqandaya gəlincə hər zaman iddialıdır. Böhran içində olan İran, artıq neçə gündür Azərbaycana qarşı hücuma keçib. 44 günlük Qarabağ savaşında Ermənistanın yanında yer alan Tehran hakimiyyəti savaşın sonucundan son dərəcə rahatsızdı. Uzmanların nəzərinə görə hətta bu savaşın birinci uduzanı Ermənistan yox, bəlkə İrandır. Buna görə də, hər fürsətdə Azərbaycana qarşı hərəkət etməyə çalışır.

İran tırları qanunsuzca Azərbaycan toparqlarına girib Ermənistana yük daşıyırdılar. Ancaq bu dəfə Azərbaycan dövləti İranın qarşısında durub, ciddi bir şəkildə ərazi bütövlüyünü qorudu. Bu məsələ də İranın yenidən Azərbaycana qarşı hücuma keçməsinə səbəb oldu. Əsas bəhanə də hər zaman olduğu kimi Azərbaycan və İsrail ilgiləridir. Günlərdir Araz qırağında və sınırda İran qüvvələri Azərbaycana hədə-qorxu gəlmək üçün nizami təlimə başlayıb. Ancaq bunun yanında Güney Azərbaycanı Azərbaycan cümhuriyyətinin düşməni göstərmək üçün ciddi bir propaqanda əməliyyatına başlayıb. 44 günlük Qarabağ savaşında Güney Azərbaycanın etirazı ilə qarşılaşan İran bu dəfə İran Türklərini öz dəstəkcisi kimi göstərməyə çalışır.

Ancaq günlərdir Güney Azərbaycan milləti savaş günlərində olduğu kimi yenə Azərbaycana dəstək verirlər. Sosial Mediada “Biz Azərbaycanın Özüyük” həştəgiylə etirazını bildirən güneylilər Tehran hakimiyyətinin Türk düşmənliyinə etiraz edirlər. Hər zaman olduğu kimi bu dəfə də Fars Milliyyətçiləri və İranşəhri fəalları, Azərbaycan, Türkiyə və Güney Azərbaycana qarşı hücum edirlər. Keçmişdə olduğu kimi millətin daha çox aydınlanmasına yol açırlar. Yəni İran Qarabağ savaşında uduzduğu kimi bu gün də propaqanda savaşında uduzur və Azərbaycan bayrağı daha da ucalır.

Related Articles

Bir cavab yazın

Back to top button