
Bu haqda SEPAH-a bağlı sosial media kanallarında məlumat və fotolar yayılıb.
Yayılan xəritədə Türkiyə, Oman, İraq, BƏƏ, İordaniya, Küveyt, Suriya, Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanının adları qeyd olunub.
ABŞ-nin İrana hərbi müdaxilə edəcəyi təqdirdə həmin ölkələrdəki bazalrın hədəf alınacağı biıdirilib.
Bununla eyni vaxtda, İran parlamentinin Rəyasət Heyətinin üzvü Əhməd Nadiri də eyni məzmunlu paylaşım edib:
“İran üçün ABŞ-nin bölgədəki bazalarının vurulması İsraillə müharibədən daha asandır”.
O, “İrana təzyiqlərin daha çox artacağı təqdirdə Hörmüz boğazını bağlayacaqları, gəmilər və neft tankerlərinin keçişinə icazə verməyəcəklərini” bildirib.