Hədəflərdən biri kimi İranın Ali lideri Əli Xameneinin iqamətgahı müəyyən edilmişdi. Sui-qəsdin üstü açılıb, iştirakçıları saxlanılıblar.
Bu barədə məlumat əsas məzmunu müxalif İran İnternational saytı tərəfindən açıqlanan 44 səhifəlik sənəddə yer alıb. Sənəd Xamenei ilə SEPAH-ın 45 yüksək rütbəli komandiri və din xadimi arasında yanvarın 3-də baş tutan görüşdən sonra hazırlanıb.
İclas zamanı komandanlığın nümayəndələri şəxsi heyət və kiçik zabitlər arasındakı sadalanan hallar barədə məlumat verilib:
Etirazlar hərbçilərin mənəvi durumlarına mənfi təsir göstərib; onların bir çoxu rejimə qarşı olanlara rəğbət bəsləyib. Buna sıravi işçilərin əməkhaqlarının aşağı olması şərait yaratmışdır.
Aksiyalar zamanı fərarilik, qrup şəklində etiraz iştirakçılarına qarşı zorakılıq tətbiqindən imtina, əsgərlərin nümayişçilərə kömək etmə halları olub.
SEPAH hərbçilərinin çoxsaylı ailə üzvləri, o cümlədən yüksək rütbəli zabitlər etirazlarda fəal iştirak edib və həbs ediliblər.
İclas iştirakçıları Xameneidən tabeliyində olanların həbs edilmiş ailə üzvlərinə qarşı yumşaq davranmağı, həmçinin SEPAH əməkdaşlarının həyat səviyyəsinin yaxşılaşdırılması üçün tədbirlər görməsini xahiş ediblər.