İran İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının iştirakı ilə Quru Qoşunlarının “Qüdrətli İran” adı altında hərbi təliminin əsas mərhələsi bu gündən Şərqi Azərbaycan əyalətində start götürüb.
Bu barədə məlumat verən “Təsnim” xəbər ajansının müxbiri deyib: “Qarabağ savaşı başlanandan bəri bu bölgədə SEPAH-ın iştirakı ilə 3 hərbi təlim keçirilib, amma, Ərdəbil və Şərqi Azərbaycan əyalətlərində üç gün müddətində keçirələcək bu təlimi digər təlimlərdən fərqləndirən bir neçə xüsusi özəlliyi var.
Birincisi, hazırki təlimin keçirilmə arealı daha böyük ərazini- Ərdəbil və Şərqi Azərbaycan əyalətlərinin bütün ərazisini əhatə edir. Öncəki təlimlər daha kiçik miqyasda təşkil edilirdi.
İkincisi, bu təlimdə iştirak edən qüvvələrin və texnikanın həcmi daha böyük və genişdir.
Bundan əlavə, indiki təlim daha iki özəlliyə malikdir. Birincisi, ilk dəfə olaraq Araz çayı üzərində qüvvələrin keçməsi məqsədilə mobil və hərəkət edən körpünün quraşdırılması həyata keçirilir və ehtimal olunur ki, qarşıdakı günlərdə bu körpü quraşdırılacaq və hərbi təchizatın keçidi məşq ediləcək.
İkinci əsas məsələ odur ki, bu təlimdə ilk dəfə olaraq həm müdafiə, həm təhlükəsizlik ssenarisinin eyni anda həyata keçirilməsi məşq edilir. SEPAH-ın Quru Qoşunlarının bundan öncəki təlimlərində ya təkcə müdafiə ssenarisi məşq edilirdi, ya da təkcə təhlükəsizlik ssenarisi təlimi.
Digər tərəfdən, bu təlimlər elə bir vaxtda keçirilir ki, bir neçə gün öncə İran prezidenti Rəisi Azərbaycan prezidenti Əliyevlə görüşdə təkidlə bildirmişdi ki, İslam Respublikası öz sərhədlərində və regionun gesosiyasi sərhədlərində dəyişikliyə heç bir halda dözməyəcək və belə bir hadisə baş verərsə, qüdrətli şəkildə bu dəyişikliyə cavab verəcək. Bu, ölkəmizin yüksək çinli hərbi rəsmilərinin də dəflərlə təkidlə toxunduğu məsələdir.
İndi, görək bu təlimdən sonra bölgənin bəzi dövlətlərinin bu təlim qarşısında mövqeyi nədən ibarət olacaq?”