az

SEPAH-ın Kəşfiyyat İdarəsinin qorxulu təcridxanası

Sepah-ın Kəşfiyyat Təşkilatının təcridxanası məhbusların yox edildiyi yerlərdən biridir.

“Azad İran” Telegram kanalının xəbərinə görə, demək olar ki, İranda məhkəmə sistemi də digər sahələrdə olduğu kimi müxtəlif quldur dəstələri tərəfindən idarə olunan sistemlərdən biridir.

Ədliyyə Nazirliyinin öz naziri və bütöv bir inzibati sistemi olsa da, bütün ədliyyə işləri bu nazirlikdə həyata keçirilmir. İnqilab Prokurorluğu, Ettelaat Nazirliyi və nəhayət, Sepah-ın Kəşfiyyat Taşkilatının hər birinin özlərinə aid geniş fəaliyyət sahəsi var.

Sepah-ın Kəşfiyyat Təşkilatına məxsus A-1 təcridxanası isə hakim diktatura rejimində qorxulu əmniyət sisteminin kiçik bir hissəsi hesab edilir.

Sepah-ın Sarallah qərargahına aid Tehranda yerləşən bu təcridxana fərdi və ümumi kameralardan ibarətdir.

Lakin, bu təcridxananın əsas özəlliyi ondan ibarətdir ki, həbs olunaraq buraya gətirilənlərin adları rəsmi məhbusların arasında olmur.

Related Articles

Bir cavab yazın

Back to top button