İran

SEPAH-ın media qrupu Ermənistana dəstək paylaşımı edib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) media qurumu “Yeni Müsavat” qəzetinin yazısını bəhanə edərək yenidən Azərbaycanı təhdid edib.

“Yeni Müsavat”ın “Ermənistan tarixi torpaqlarımızdan biri olduğu üçün bizim onu vətənə qaytarmaq hüququmuz var. Azərbaycanın tarixi ərazilərində qondarma Ermənistan dövləti süni şəkildə yaradılıb və Bakının Azərbaycanın tarixi ərazilərinin qaytarılmasını tələb etmək hüququ var” yazısına sərt reaksiya verən media qrupu  Azərbaycana qarşı torpaq iddiası irəli sürüb.

Onlar Azərbaycana hərbi müdaxilə ediləcəyi ilə hədələyib, Ermənistana dəstək olacaqlarını qeyd ediblər.

“Ermənistana qarşı hər hansı hərbi müdaxilə İran silahlı qüvvələrinin sərt reaksiyası ilə qarşılaşacaq. İran dəfələrlə qonşu ölkələrin sərhədlərinin dəyişdirilməsinə imkan verməyəcəyini açıqlayıb”-deyə, SEPAH-çılar bildiriblər.

Qeyd edək ki, martın 25-də Azərbaycan Ordusunun Qarabağda yeni mövqelərdə öz postlarını möhkəmləndirməsi SEPAH-la yanaşı İranın başqa media qruplarının da narahatlığına səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button