İran

Sepah-ın Qüds qanadının başçısının İraqda rəsmi təmasları davam edir

İran İslam İnqilabı Keşikçiləri Korpusu - SEPAH-ın Qüds qanadının komandanı İraqda "Koordinasiya Çərçivəsi" Koalisiyasının üzvləri ilə görüşüb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH-ın Qüds qanadının komandanı İraqda “Koordinasiya Çərçivəsi” Koalisiyasının üzvləri ilə görüşüb.

“Aznews tv” xəbər verir ki, İsmail Qaani İraq şiə hərəkatlarının daxil olduğu “Koordinasiya Çərçivəsi” Koalisiyasının üzvləri ilə bu ölkənin paytaxtı Bağdad şəhərində görüş keçirib.

Qaani Nəcəf şəhərində Həşd əş-Şəbi yaraqlıları təşkilatının rəis müavini Əbu Mehdi əl-Mühəndis və şiə müctəhid, habelə Müqtəda əs-Sədrin atası Məhəmməd Sadiq əs-Sədrin məzarlarını ziyarət edib.

Qaaninin Məhəmməd Sadiq əs-Sədrin qəbrini ziyarət etməsini bir çoxları bu yolla onun oğlu Müqtəda Sədri “Koordinasiya Çərçivəsi” Koalisiyasına yaxınlaşdırmaq cəhdi ilə əlaqələndiriblər.

Qaaninin bu görüşlərdən sonra Nəcəfə qayıdaraq Müqtəda Sədr ilə görüşəcəyi gözlənilir.

Related Articles

Bir cavab yazın

Back to top button