İran

SEPAH-ın raket buraxılış sistemləri məhv edilib

Fevralın 14-də İranın Kirmanşah əyalətinin Mahidəşt şəhəri yaxınlığında yerləşən İran İslam İnqilab keşikçiləri Korpusunun (SEPAH) qərargahındakı yanğın barədə yeni məlumat yayılıb.

Yanğının İsrailin kəşfiyyat xidməti “MOSSAD”ın həyata keçiridiyi əməliyyat nəticəsində baş verdiyi bəli olub.

“Plant” şirkətinin yaydığı peyk görüntülərindən SEPAH-ın Mahidaşt şəhərindəki raket buraxılış sistemləri və hərbi pilotsuz təyyarələrinin saxlanıldığı mərkəzin məhv edildiyi görünür.

Mərkəzin hücumdan öncə və sonrakı durumunu göstərən fotolardan dağıntıların səviyyəsinin çox yüksək olduğu aydın olur.

İran mediası və rəsmilərinin yanğınla bağlı iddialarına baxmayaraq, İsrail mediası hücumun “Mossad” tərəfindən həyata keçirildiyini yazıb.

Qeyd edək ki, fevralın 14-də İran mediası Kirmanşah əyalətinin Mahidəşt şəhərində SEPAH qərargahında mühərrik yağı və başqa alışan maddələrin saxlanıldığı anbarda yanğın baş verdiyi barədə məlumat yaymışdılar.

Müstəqil və İran hökumətinə müxalif media qurumları isə hadisəni son illər SEPAH və ona bağlı qərargah, mərkəzlərdə hərbi fəaliyyətllərin qarşısının alınması ilə bağlı həyata keçirilən əməliyyatlardan biri olduğunu qeyd etmişdilər.

 

Açıklama yok.

Related Articles

Bir cavab yazın

Back to top button