İran

SEPAH-ın terror əməliyyatlarında rolu olan 3 kəşfiyyatçı zabiti ifşa edilib

İran İnqilab Keşikçiləri Korpusunun əks-kəşfiyyat bölməsinin müavini, SEPAH-ın iki keçmiş və hazırkı xüsusi kəşfiyyat əməliyyatı bölməsinin üzvü İsrail hədəflərinə qarşı uğursuz əməliyyatlarda rolları ifşa edilib.

Ruhullah Bazqandi İstanbulda İsrailin keçmiş konsulu Yusuf Levi Səfari və üç israilli qadın turistə qarşı uğursuz sui-qəsd əməliyyatına başçılıq edib.

Bazqəndinin Türkiyədə qeyri-peşəkar qüvvələri işə cəlb etməklə SEPAH-ın kəşfiyyatına böyük ziyan vurduğu bildirilir.

Məlumatlı mənbənin dediyinə görə, Ruhullah Bəzqəndi Mossadın İrandakı nüfuzuna etinasızlıq edərək, SEPAH-ın yüksək rütbəli komandirlərinin və İranın raket və pilotsuz təyyarə proqramında nüfuzlu şəxslərin bir-birinin ardınca öldürülməsinə səbəb olub.

Mənbə, SEPAH-ın “Qüds” qüvvələrinin polkovniki və xaricdə terror əməliyyatlarına cavabdeh olan 840-cı bölmənin başçısı polkovnik Həsən Səyyad Xudayinin mayın 22-də Tehranda öldürülməsini Bazqəndinin səhlənkarlığı nəticəsində baş verdiyini bildirirb.

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) tərəfindən sui-qəsd planının aşkarlanması SEPAH-ın kəşfiyyat təşkilatına böyük zərbə vurub.

İsrailin o zamankı xarici işlər naziri, indiki baş naziri Yair Lapid bu sui-qəsdin üstünü açdığı üçün Türkiyəyə təşəkkür edib.

SEPAH-ın Kəşfiyyat idarəsinin 4000-ci bölməsinin müavini Mustafa Cavad Qaffari də İsrail vətəndaşlarına qarşı hücumlarda ardıcıl uğursuzluqların yaranmasında rol oynayıb.

Məlumatlı mənbə bildirib ki, ötən ilin dekabrında Suriyadan qovulmuş və İranın bu ölkədəki silahlı birləşmələrinin yüksək rütbəli komandirlərindən biri olan Mustafa Cavad Qaffari son 9 ayda terror hücumlara cavabdeh olub və bu əməliyyatların hamısı uğursuzluqla nəticələnib.

Cavad Qaffaridən əvvəl SEPAH-ın Xüsusi Əməliyyatlar üzrə rəis müavini İsrailin Kiprdəki hədəflərinə qarşı uğursuz sui-qəsd planına görə vəzifəsindən uzaqlaşdırılan Rza Sirac idi.

Qeyd edək ki, SEPAH-ın kəşfiyyat bölməsinin davamlı uğursuzluqlarından və onların bir neçə ölkədə həyata keçirmək istədikləri sui-qəsd planlarının ifşa edilməsindən sonra, bölmənin başçısı Hüseyn Taib 23 iyunda vəzifəsindən uzaqlaşdırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button