İran

SEPAH körfəzdə hərbi təlimlər

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri avqustun 2-i səhər saatlarından İran körfəzindəki 3 mübahisəli adanın müdafiəsini simulasiya edən genişmiqyaslı hərbi əməliyatlara başlayıb.

Bu barədə İranın dövlət mediası məlumat yayıb.

Məlumata görə, təlimlər SEPAH-ın Baş Komandanı general-mayor Hüseyn Salami, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı general Əlirza Tanqsiri, silahlı qüvvələrin və yerli hakimiyyət orqanlarının bir qrup komandiri və rəsmisinin iştirakı ilə başlayıb.

Bildirilib ki, təlim İran körfəzi və körfəzdəki adaların təhlükəsizliyinin qorunmasında SEPAH Hərbi Dəniz Qüvvələrinin səlahiyyətlərini, həmçinin, döyüş müdafiə hazırlıqlarını göstərmək üçün keçirilir.

Qeyd edək ki, son vaxtlar Fars körfəzindəki Böyük Tunb, Kiçik Tunb və Əbumusa adaları ilə bağlı BƏƏ ilə İran arasında mübahisələr yenidən qızışıb.

Ərəb Liqası hazırda İranın nəzarətində olan mübahisələri adalara BƏƏ-nin malikiyyət hüququnun tanınması ilə bağlı iclas keçirib və məsələni BMT və beynəlxalq məhkəmələrdə qaldırmağı qərara alıb.

Bununla bağlı iyulun 10-da Moskvada Rusiyanın xarici işlər naziri və Körfəz Əməkdaşlıq Şurası baş katibin iştirakı ilə quruma üzv ölkələr arasında strateji dialoq görüşü keçirilib.

Görüşdən sonra birgə bəyanat qəbul edilib.

Sənəddə Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin mövqeyini dəstəkləyən fikirlər yer alıb.

Bu, İran tərəfinin narazılığı ilə qarşılanıb və iyulun 12-də Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button