İran

SEPAH nüvə təsisatlarında təxribat törətmək istəyən şəbəkə üzvlərinin saxlandığını iddia edib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qum şəhərinin yaxınlığında yerləşən “Fərdo” nüvə təsisatında təxribat törətmək istəyən şəbəkə üzvlərinin həbs olunduğu barədə bəyanat yayıb.

Bəyanatda şəbəkə üzvlərinin İsrailə bağlı olduğu və onların pul qarşılığında təxribat əməliyyatına cəlb edildiyi iddia olunur.

“İsrail tərəfindən cəlb olunan şəbəkə üzvləri yaz bayramından öncə nüvə təsisatında təxribata əl atmaq niyyətində olublar. Ancaq Nüvə Obyektlərinin Mühafizəsi Komandanlığı və əks kəşfiyyat idarəsinin birgə əməkdaşlığı nəticəsində şəbəkə üzvləri ifşa olunub”-deyə, SEPAH-ın yaydığı bəyanatda iddia olunur.

İslam İnqilabı Keşikçiləri Korpusu yaydığı başqa bir bəyanatda “Sistan və Bəlucistan əyalətində infrastruktur layihələrində çalışan bir neçə xarici vətəndaşı öldürmək missiyası ilə ölkəyə daxil olmuş 6 silahlı terrorçunu həbs etdiyini” iddia edib.

Qeyd edək ki, son həftələr İsrailin İranın nüvə obyektləri və hərbi mərkəzlərinə endirdiyi zərbələr qarşısında aciz qalan Tehran rejimi “İsrailə bağlı casus şəbəkələrinin ifşası” ilə bağlı xəbərlər yayır.

Xarici və İran hökumətinə müxalif media qurumları təhlükəsizlik nümayəndələri və SEPAH-ın casus şəbəkələrinin ifşası ilə bağlı iddialarını əsassız sayır və bu bəyanatları ölkə daxilində ictimai rəydə özlərinə qarşı rəğbət yaratmaq cəhdi kimi dəyərləndirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button