İran

SEPAH Orta Asiyada terror şəbəkəsi qurub

İraqda fəaliyyət göstərən və İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qüvvələrinin nəzarətində olan "Kətaib Hizbullah" silahlı qruplaşması Orta Asiya ölkələrində yəhudilərə qarşı terror hücumları törədib.

Bundan əvvəl İraq və Suriyada fəaliyyət göstərən qruplaşma indi də Özbəkistan və Qazaxıstanda fəallaşıb.

Məlumata görə, “Kətaib Hizbullah”ın Orta Asiyadakı əsas rəhbərlərindən biri “Seyyid Həmid Əl-Taciki” ləqəbli Məhəmmədəli Burhanovdur.

SEPAH-ın “Qüds” qüvvələrinin 400-cü bölməsinin nəzdində qurulan “Kətaib Hizbullah” cari ayda özünün “Terror” Alaram” sosial media hesabında Orta Asiyada yəhudilərə qarşı təhdidkar paylaşımlar edib.

Terror qruplaşmasının təmsilçisi Məhəmmədəli Burhanov Tehranın “Əlmustafa” Universitetində təhsil alıb.

Həmin Universitet dünyanın 60 ölkəsindən radikal gənclərin təhsili və onların İranın siyasi-ideolojik maraqlarına, terror planlarına  xidmət edən gənclərin cəlb olunduğu mərkəzdir.

“Əlmustafa” Universiteti terrorist hənclərin təlimi ilə məşğul olduğuna görə, ABŞ və Kanada dövlətləri tərəfindən sanksiyalara məruz qalıb.

2000-ci ildəki illik büdcəsi 100 milyon dollar olan “Əlmustafa” Universiteti İranın ən çox büdcə ayrılan Universiteti hesab edilir.

Related Articles

Bir cavab yazın

Back to top button