İran

“SEPAH terrorçular siyahısına salınsın”-İrana beynəlxalq təpki güclənir

Mayın 19-u səhər saatlarında 3 siyasi məhbusun edam olunmasından sonra SEPAH-ın terrorçu təşkilatlar siyahısına salınması ilə bağlı tələblər artıb.

Qeyd edək ki, “İsfahan Evi” işində ittiham olunan Saleh Mirhaşimi, Məcid Kazimi və Səid Yaqubi bu gün səhər edam olunub.

Dünyanın nüfuzlu siyasətçiləri İranda bu və bundan öncəki edamlara təpki göstərib və SEPAH-ın terrorçu təşkilatlar siyahısına salınmasını tələb ediblər.

Avropa Parlamentində Almaniyanın nümayəndəsi Hana Nyuman bu edam xəbərindən dərin kədərləndiyini bildirib.

O, həmçinin SEPAH-ın Avropanın Terrorçu Qruplar Siyahısına salınmasını və İranla Hərtərəfli Ortaq Hərəkətlər Planı danışıqlarına birdəfəlik xitam verilməsini tələb edib.

“İran bu edamlarla terrorçudan başqa bir şey olmadığını sübut etdi”-bunu isə Almaniyanın federal parlamentinin deputatı Ye Van Riedeyə vurğulayıb.

Britaniya parlament üzvü Bob Blakman da İrana qarşı sərt açıqlama verib.

“Britaniya dövləti artıq SEPAH-ın cinayətkar terrorçularına embarqo tətbiq etməli və İran xalqına qaytarmaq üçün əmlakına əl qoymalıdır”- deyə o, bildirib.

O, həmçinin SEPAH-ın terrorçu qruplar siyahısına salınmasını dəstəklədiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button