İran

Sepaha yaxın İran qəzeti: Ölkədə koronavirusdan ölənlərin sayı rəsmi rəqəmlərdən yeddi dəfə çoxdur

Sepaha yaxın "Cavan" qəzeti yaydığı xəbərdə ölkədə Covid-19 virusundan ölənlərin sayının rəsmi rəqəmlərdən 7 dəfə çox olduğunu bildirib.

Sepaha yaxın “Cavan” qəzeti yaydığı xəbərdə ölkədə Covid-19 virusundan ölənlərin sayının rəsmi rəqəmlərdən 7 dəfə çox olduğunu bildirib. Bu qəzet Tehran Universitetinin Tibb Elmləri Universitetinin epidemoloji üzrə professoru Kuruş Helelkuyi Nainiyə istinadən qeyd edib ki, rəsmi rəqəmlərdə virus qurbanlarının sayı 100 min nəfərdən bir qədər çox elan edilir, halbuki bu rəqəm 700 min nəfər ətrafındadır. Xəbərdə bildirilir ki, 6-cı dalğanın başlanması isə həm ölkə, həm də siyasi rejim üçün təhlükəli olacaq. Kuruş Naini bildirib ki, İrəc Hərirçinin dediklərinə əsaslanaraq koronavirusdan ölənlərin sayını 2.5- 3 dəfə artıq təxmin etmək olar, amma mən sizə deyirəm ki, bu rəqəm rəsmi amardan 7 dəfə çoxdur. O, bu rəqəmi bölgələr üzrə apardığı araşdırma nəticəsində əldə etdiyini deyib. Adıçəkilən qəzet İran hökumətinin koronavirusdan vəfat edənlərin sayı barədə saxta bilgilər verməsi ilə bağlı Tehran əyaləti üzrə Koronavirusla Mübarizə Qərargahının rəisi Əlirza Zalinin bir müddət öncə səsləndirdiyi fikirləri xatırladıb. Zali bildirmişdi ki, İran koronavirusdan ölənlərlə bağlı Dünya Sağlıq Qurumuna yalan məlumatlar verib. Bildirək ki, dünənə olan rəsmi rəqəmlərə əsasən, son 709 nəfərin ölümü ilə İranda koronavirusdan həyatını itirənlərin ümumi sayı 103.357 nəfərə çatıb.

Related Articles

Bir cavab yazın

Back to top button