İran

Kontorldan çıxan bahalıq və millətin çarəsizliyi

llərdir ki ran millətinin böyük çöxünlüğü minimum həyat imkanlarından faydalanabilmirlər. Ekonomistlərin bir çox sayı və formulla söylədiyi əslində millətin nəzərində çox sadə bir məntiqə sahibdir.

llərdir ki ran millətinin böyük çöxünlüğü minimum həyat imkanlarından faydalanabilmirlər. Ekonomistlərin bir çox sayı və formulla söylədiyi əslində millətin nəzərində çox sadə bir məntiqə sahibdir. Yəni əyər insanlar gündə saatlarca durmadan çalışırsa ancaq yiyəcək, ev və sağlıq kimi ehtiyaclarını belə təmin edənmirsə iqtisadi durum yaxcı dəyir. Əyər bir ölkədə milyonlarca insan qazandığı və qazanabiləcəyi pulla normal bir həyata sahib dəyirsə o ölkənin iqtisadiyyatı doğru yolda dəyir demək. On milyonlarca insan qazandığı pulla illərcə bir ev, maşın və ya ən sadəsi normal bir həyata sahib olanmırsa doğru siyasətlərin işləndiyini söyləmək olmaz. Bütün bu sonuclar normal ölkələrdə siyasətçilərin dəyişməsinə yol açar və yeni fikirlər yeni projələrlə millətin həyatını rahatlatmaya çalışarlar. Ancaq İran-da bunların heç biri söz qonusu dəyir. İran cəmiyətinin böyük bir bölümü dəyir bir ideal və normal həyat ki gün çörəyini qazanmaxda ciddi çətinlik çəkir. Ölkənin bütün imkanlarını əlində tutan bir azınlıq qurub gün geçdikcə zənginləşir ama ölkənin qalanı ancaq həyatda qalmaya çalışır. Milyonlarca gənc və iş yaşında insanın olmasına rəğmən İran iqtisadiyyatı insanların yiyəcək təminindən belə aciz bir ölkə halinə gəlibdir. İşin marağlı tərəfi bu ki İran yoxsul bir ölkə də dəyir. Cəmiyətinə nəzərən dünyanın ən zəngin ölkələrindən olan İran bütün qaynaqlarına rəğmən varlıq içində yoxluq içindədir. Vəziyyət ölkənin nə halda olduğunu açıq göstərmiş olsa da hakimiyyət bütün həqiqətlərin üstünü örtməyə çalışır. 40 ildən çoxdur aşağı yuxarı eyni düşüncəyə sahib bir qurubun ölkəyə hakim olmasına rəğmən heç bir qonu da sorumluluq alınmır. İran qanunlarına görə ölkənin şübhəsiz birinci gücü Əli Xamneyi heç bircə qonuda belə xətasını qəbul etmir. Etiraz edənlərin cəvabı da ancaq həbs və basqıyla verilir. İran İslam Cumhuriyyəti zorla özünün mənimsədiyi həyat tərzini millətə zorlasa da toplum bu tərzi qəbul etmir. 85 milyon İran xalqlarının ən sadə istəkləri bir normal ölkədə normal həyatdır ancaq Tehran hakimiyyəti var gücüylə milləti əsir alıb və yaşamaya imkan vermir. Bu arada Güney Azərbaycan-ın yer altı və yer üstü zənginliklərinə baxınca ədalətsizlik daha da aydın görünür. Cəmiyətinə görə bol qaynaqları olan Azərbaycan-da bu gün millətin çoxunluğu gün çörəyini qazanmaqda ciddi şətinlik çəkir. Geçən gün Amar Mərkəzi Murdad ayındakı əllək təvərrumun yüzdə 45.2 olduğunu açıqladı. Sadə deyimlə bu ay geçən ilə görə həyat xərcləri yüzdə 45.2 daha çoxalıbdır. Ancaq millət bu sayılara belə güvənmir və bahalıqların diyiləndən daha çox olduğuna inanır. Xamneyi-nin zorla Cumhurbaşqanlığı məqamına oturtduğu İbrahim Rəisi iqtisadiyyat qonusunda da çoxlu vədələr verib. Ancaq ətrafındfakı insanların hamısının güc və pul mafiyasından olması gələcəyin də necə olacağını görsədir. Önümüzdəki aylarda yenə də millətin get gedə kasıblayıb, Xamneyi ətrafındakıların zənginləşməsini təxmin eləmək də çətin olmayacaq. Millət bu düzənə dur demədikcə də vəziyyətin dəyişəcəyini gözləmək mümkün görünmür.

Related Articles

Bir cavab yazın

Back to top button