İran

Sepahdan BƏƏ-yə qarşı terror hücumuna dəstək: “Əməli xəbərdarlıq idi”

Birləşmiş Ərəb Əmirlikləri (İmarat) paytaxt Əbu-Dabinin Musaffəh bölgəsində 3 yanacaq tankerində, eləcə də yeni hava limanının tikildiyi ərazidə bir kiçik partlayış baş verdiyi barədə məlumat yayıb.

Birləşmiş Ərəb Əmirlikləri (İmarat) paytaxt Əbu-Dabinin Musaffəh bölgəsində 3 yanacaq tankerində, eləcə də yeni hava limanının tikildiyi ərazidə bir kiçik partlayış baş verdiyi barədə məlumat yayıb.

“Aznews tv” xəbər verir ki, partlayışlar nəticəsində 3 sivil şəxsin öldüyü, 6 nəfərin yaralandığı bildirilir.

Ölənlərdən biri Əbu-Dabidə işləyən Pakistan, ikisi isə Hindistan vətəndaşlarıdır.

Sepaha bağlı “Fars” xəbər ajansı hücumla bağlı yaydığı xəbərdə bunu İranın dəstəklədiyi Yəmən husilərinin Birləşmiş Ərəb Əmirliyinə “əməli xəbərdarlığı” adlandırıb.

“Fars” ajansı bununla kifayətlənməyərək koalisiyada qaldığı müddət ərzində husilərin BƏƏ-yə qarşı hücumlarının davam edəcəyini bildirib.

Qeyd edək ki, İranın silahlandırdığı husi terrorçuları son dövrlər Səudiyyə Ərəbistanı və BƏƏ-də sivilləri və yaşayış məntəqələrini dron və raket hücumuna məruz qoyur.

Related Articles

Bir cavab yazın

Back to top button