İran

Seriallara yerli aktyorlar çəkilməlidir

Təbrizli sinema hünərməndi Haşım Çavuşi seriallarda yerli oyunçulardan istifadə olunmasını istəyib. “Seriallar yerli oyunçuları və onların bacarıqlarnı tanıtdırmaq üçün ən uyğun bir ortamdır. Bu yaxınlarda səhnəyə çıxan seriallarda, Təbriz hünərməndlərinin Tehran incəsənət adamlarından üstün olduğu da göründü”, – deyə bildirib.
Xatırladaq ki, Təbrizin tanınmış incəsənət adamlarından olan Haşım Çavuşi daha öncələrdə Şərqi Azərbaycan “Seda-sima”sından intiqad etmişdir. Onun sözlərinə görə, bir çox adam təbrizli olduğunu bilmir. “Bu da Şərqi Azərbaycan “Sedasima”sından irəli gəlir. Təəssüf ki, daha öncəki illərdə Radio və Televiziyon məsulları mənə qarşı uyğun münasibətləri olmadığı üçün Təbrizdən kənarda fəalliyət etməyə məcbur qaldım”, – deyə Haşim Çavuşi əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button