İran

Seyid Abbas Minayidən Aslanduzdakı su kəsintisi ilə bağlı açıqlama

“Görünən tədbirlər ilə bərnamələrə əsasən, Aslanduzda içməli suyun kəsilməsi üzrə bütün müşküllər bir neçə saatadək həll olunacaq”. Bunu Aslanduz şəhərinin fərmandarı Seyid Abbas Minayi deyib. “Abanın 30-u Şərqi Azərbaycan ustanının Bölgə üzrə Su Şirkəti bilmədən Araz və Muğan kanalından gələn suyu azaldıb. Bu səbəblə də Aslanduz bölgəsində içməli su təminatı üzrə bir sıra müşküllər yaranıb. Ərdəbil ustanının Bölgə üzrə Su Şirkətinin müdiri, ustandarınin Fənni İşlər üzrə Dəftərinin müdiri və Siyasi-İctimai İdarəsi tərəfindən müşkülün həll olunması ilə bağlı işlər görülür. Hazırda Su və Fazilab İdarəsinin çalışmalarıyla bir neçə saat sonra bütün şəhər və tabeliyindəki kəndlər su ilə təmin olunacaq”,-deyə o, açıqlama verib. Vurğulayaq ki, ümumiyətlə, Güney Azərbaycan məsulları açıqlamalarla insanların başını qatmaqla məşğuldur. Bu kimi müşkülər tez-tez yaşanır və həllini tapmır.

Related Articles

Bir cavab yazın

Back to top button