Dünya

Şimali Koreyanın buraxdığı peyk dənizə düşdü

Şimali Koreya hərbi casus peykini orbitə buraxa bilməyib.

Modern.az xəbər verir ki, bu barədə KXDR-in Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, mayın 31-də yerli saatla 06:27-də “Manningon-1” (Teleskop-1) hərbi kəşfiyyat peyki orbitə buraxılıb. “Çollima-1” tipli reaktiv daşıyıcının ikinci mərhələsinin mühərrikinin işə salınmasında nasazlıq yaranıb və bu səbəbdən raket Sarı dənizə düşüb.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri bildirib ki, raket parçaları təxminən saat 08:05-də Oçanq-do adasından təxminən 200 kilometr qərbdə dənizdə tapılıb.

Şimali Koreyanın peyk buraxılışı Cənubi Koreyada, eləcə də Yaponiyanın bəzi bölgələrində həyəcan və çaşqınlıq yaradıb.

Seulda hava hücumu sirenləri işə düşüb və mobil telefon abunəçilərinə evakuasiyaya hazırlaşmaq barədə xəbərdarlıq göndərilib. 20 dəqiqədən sonra mesajda yanlışlıq olduğu bildirilib. Yaponiyanın cənubundakı Okinava adasının sakinlərinə də xəbərdarlıq göndərilib.

Qeyd edək ki, bundan əvvəl Şimali Koreya hakimiyyəti mayın 31-dən iyunun 11-dək “kosmik daşıyıcı aparat” vasitəsilə peyk buraxmaq niyyətində olduqlarını bəyan edib. “Yonhap” xəbər agentliyinin məlumatına görə, BMT Təhlükəsizlik Şurasının qətnaməsi ballistik raketlərdən istifadə etməklə kosmosa buraxılışları qadağan edir.

Cənubi Koreya və Yaponiya hakimiyyəti KXDR-in peyk buraxılışını pisləyib.

Related Articles

Bir cavab yazın

Back to top button