İran

İranda iş qəzalarında ölənlərin statistikası açıqlandı

Son bir ildə İranda iş yerlərində baş verən qəzalar zamanı 711 işçi həyatını itirib. Bu barədə İran Əmək Nazirliyinin rəsmi məlumatında bildirilir.

İran işçilərin təhlükəsizliyi məsələlərinə uyğunluq baxımından dünya ölkələri arasında ən aşağı yerlərdən birini, 102-ci yeri tutur.

Müstəqil həmkarlar ittifaqı və sinfi fəallar Əmək Nazirliyi və Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini bildiriblər.

Qyed olunub ki, ölüm və yaralanma halları verilən rəsmi statistikada göstərildiyindən bir neçə dəfə çoxdur.

Fəallar bildirir ki, ölüm hallarının çoxalmasının əsas səbəbi iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində təhlükəsizlik qaydalarına əməl olunmaması, işçilərin qoruyucu geyim və avadanlıqlarla təmin edilməməsidir.

Related Articles

Bir cavab yazın

Back to top button