İran

ŞİMALİ XORASAN VƏ ƏRDƏBİLDƏ KORONAVİRUS HADİSƏLƏRİ ARTDI

Şimali Xorasan Tibb Elmləri danisgahının rəisi, son günlərdə ustanda koronaya tutulan insanların sayının çox artdığını söylədi.

Şimali Xorasan Tibb Elmləri danisgahının rəisi, son günlərdə ustanda koronaya tutulan insanların sayının çox artdığını söylədi.

Şənbə 13 ordibeheşt günü Mehr Xəbər Ajansına danışan Əhməd Haşimi, ictimai məsafəyə diqqət etmədən artan trafik və bir araya toplanmalar korona mərizliyinin artmasının əsas səbəbləri olduğunu qeyd etdi.

O, mövcud vəziyyətin davam edəcəyi təqdirdə yaxın günlərdə tutulanların sayının artacağını dedi.

Ərdəbil ustandarı da, bəzi insanların laqeydliyi səbəbindən ustandaki vəziyyətin ağdan sarıya, bəzi yerlərdə qırmızıya çatdıqlarını deyib.

Əkbər Behnamcu eləcə də hər gün dörd və ya beş insanın korona nəticəsində öldüyünü vurğulayıb və sağlamlıq üçün tövsiyələr və fərdi məsafəni qorumağa çağırıb.

Xatırladaq ki, İran hökuməti 23 fərvərdindən etibarən ictimai qadağaları azaldıb. “Ağıllı” məsafə planını həyata keçirib və bəzi aşağı riskli, ya orta riskli işlərin görülməsinə və şəhərlərarası gəl-getlərə icazə verilib.

Related Articles

Bir cavab yazın

Back to top button