İran

“Şirin quyruğu ilə oynamayin” – İrandan Azərbaycana təhdid gəldi

Azərbaycanın öz sınırlarında – Gorus-Qafan yolunda nəzarət-buraxılış məntəqəsi qurması İranı əməlli-başlı özündən çıxarıb.

İran yük maşınlarının Qarabağa yük daşımalarının qarşısının alınmasına SEPAH qüvvələri Arazın o tayında nizami təlim keçirməklə cavab verib.

Təlimlər Horadizin paralelində yerləşən Aslandüzdən İran Culfasınadək əraziləri əhatə edəcək. Horadizdən Mehri şəhristanına qədər ərazilərimizin işğaldan azad olunduğunu və təlimlərin də məhz bu ərazidə keçirildiyini nəzərə alsaq, İranın bu addımının Azərbaycanı nizami müdaxilə ilə təhdid olduğu aydındır.

Maraqlıdır ki, İran bu təhdidini yalnız əməli fəaliyyəti ilə deyil, həm də sözlə dilə gətirib. İran dili lideri Ayətullah Xameneinin nümayəndəsi, Ərdəbil imamcüməsi ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb. Xəritəyə baxıb İranı şirə, onun Gorus-Qafan yoluyla nəqliyyat dəhlizini quyruğa bənzətsək, Amili həzrətlərinin nə demək istədiyi aydın olur.

Amili xütbəsində Azərbaycana dəstək verən Türkiyə və Pakistanı da hədələyib.

Xameneinin sözçüsünün bu hədə-qorxusundan sonra Azərbaycan özəl xidmət orqanlarının qarşısında yeni məsuliyyət borcu ortaya çıxır: “Şirin ölkəmizdəki bütün quyruqlarını kəsmək”

Related Articles

Bir cavab yazın

Back to top button