Azərbaycan

15 SENTYABR – BAKININ QURTULUŞU

Bu gün Bakının Qafqaz İslam Ordusu tərəfindən daşnak və daşnaklardan azad olunduğu gündür. 15 septamr Azərbaycan tarixinin önəmli günlərindən və Bakışəhəri Azərbaycanın paytaxtı elan edilməsi ilə bağlıdır. Eləcə bu gün Qafqaz İslam Ordusunun şanlı qələbəsini və şücaətini özündə təcəssüm etdirir.
28 mey 1918-ci ildə əsası qoyulmuş Azərbaycan Xalq Cümhuriyyətinin birinci amacı Bakını bolşevik-erməni silahlı qüvvələrinin işğalından azad etmək idi. Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komiserləri Şurəvinin bolşevik-erməni silahlı qüvvələrinin işğalçı siyasəti nəticəsində milli hökümət Gəncədə yerləşir. Bu ərəfədə Azərbaycan nümayəndə heyəti İstanbula gedərək yardım istəyirlər. Nəticədə Türkiyənin difa Vəziri Ənvər Paşa qardaşı Nuru Paşanın başçılığı ilə nizami qüvvələrin Təbrizdən Gəncəyə doğru yürüşünə tapşırıq verir. Juənin 4-də Azərbaycanla Osmanlı arasında “Qarşılıqlı yardım və dostluq haqqında” müqavilə imzalanır. Bununla da Osmanlı höküməti Azərbaycana yardım göndərməyi öhdəsinə götürür.
10 juən 1918-ci ildə Qafqaz İslam Ordusunun əsas gücünü quran 5-ci Qafqaz firqəsi birlikləri Gəncəyə girir. Bolşevik-erməni quldurları nizami əməliyyatların aparıldığı bölgələrdə müsəlman əhalini talan və soyqırım edir.
Juənin 23-də Azərbaycan hökuməti ölkədə hökmətnizami vəziyyət elan etdi. 27 juəm-1 juiyə tarixində Nuru paşanın başçılıq etdiyi Qafqaz İslam ordusu Göyçay ətrafındakı döyüşlərdə savaşın taleyini həll edir. Bakı Şurəvinin qoşunlarının Gəncəyə yürüşünün qarşısı alınır və Qafqaz İslam ordusu Bakıya sarı patək və ya tərsə yürüşə başlayır. Daşnak-bolşevik qoşunu darmadağın edilərək geri çəkilmək zorunda qalır. Bir-birinin ardınca Göyçay, Kürdəmir, Ağsu, Şamaxı daşnak-bolşevik işğalından azad edilir.
1918-ci il septamrın 15-də Bakı erməni-bolşevik işğalından azad edilib. Bu zəfərdə Qafqaz İslam Ordusunun xidmətləri taysızdır. 1918-ci il juiyənin 10-dan 1918-ci il oktobru 27 -dək fəaliyyətdə olan bu ordunun sıralarında Anadolu türkləri ilə yanaşı, Azərbaycan türkləri, ləzgilər, avarlar, kumıklar, acarlar sa vuruşurdu.
Osmanlı dövlətinin hələ 1918-ci ilin mars-avqust aylarından başlayaraq yaratdığı, sonralar bu orduya daxil olan nizami birliklərin hamısı Birinci Dünya savaşı çağı Qafqaz cibhəsindəki döyüşlərdə iştirak etmişdi.
Öncə 12-14 min Osmanlı nizamiləri Qafqaz İslam Ordusu sonradan Azərbaycan türkləri və Dağıstan müsəlmanlarından olan könüllülərin qoşulması ilə təqribən 20 min nəfəri ötür. Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etməyə qurulan Qafqaz İslam Ordusu, Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin novamrına qədər ölkəmizdə başlayan dövlət və ordu quruculuğunda önəmli rol oynayıb.
Azərbaycan ordusu türk döyüşçüləri birlikdə 1918-ci il septamrın 15-də Bakını bolşevik nizami birləşmələri, yadelli işğalçılar və daşnaklardan azad edir. Fətəli xan Xoylunun rəhbərlik etdiyi Azərbaycan hökuməti Gəncədən Bakıya köçürülür. Beləliklə, işğalçı dəstələr qısa zamanda şəhəri tərk edirlər.
Bakı işğaldan azad edilsə də, Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Azərbaycan tarixinin görkəmli siması Məhəmməd Əmin Rəsulzadənin bəyanatı öz əhəmiyyətini qoruyub saxlamaqdadır.

“Bakı Azərbaycanın, Azərbaycan da Bakınındır. Bakını Azərbaycandan ayırmaq istəyən kim olursa Azərbaycanın həyatına qəsd etmişdir. Bakısız Azərbaycan təsəvvür olunamaz. Bakı tarixən də, halən də bir türk şəhəri və müsəlman bələdəsidir. İstiqbalən də öylə olaraq Azərbaycanın paytaxtını təşkil edəcəkdir. Azərbaycan ismi belə ehtimal ki, Bakının petrol ocaqlarından ol dünyanın uzaq guşələrindən kəndisinə zairlər cəlb edən daim yanar təbii atəşlərindən alınmışdır. Azərbaycan bugünkü milli və mənəvi işığını dəxi Bakıdan alıyor. Burası Qafqasiya islamlarının mərkəzi-ürfanıdır. Azərbaycanın qabiliyyəti-həyatiyyəsini təmin edən varidati-mühümmə buradan hasil oluyor. Burası məmləkətimizin yeganə limanıdır. Bakı Azərbaycanın qapısıdır. Bütün aləmin iştəhasını cəlb edən petrolu olmadığı zamanlar belə Bakı Şimali Azərbaycandan ötrü əhəmiyyəti-ticariyyəyə malik mühüm bir nöqtə təşkil edirdi. İndi dəxi o əhəmiyyəti haizdir. Bunların həpsinə bərabər Bakı, əksəriyyət nüfuz etibarı ilə müsəlmandır. Bakıda mövcud bulunan ərazinin, əmlakın, əfar və müstəqfatın qismi-küllisi müsəlmanlardadır”.

Related Articles

Bir cavab yazın

Back to top button