Bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə,hücum nəticəsində SEPAH-ın “Bəsic” yarımkönüllü silahlı dəstəsinin beş üzvü öldürülüb.
Bildirilib ki, silahlı qarşıdurma Sistan və Bəlucistan əyalətinin Rasak şəhərinin Firuzabad rayonunda baş verib.
Hücumun məsuliyyətini bəluçların “Ceyşül Ədl” silahlı qruplaşması öz üzərinə götürüb.