Azərbaycanİran

Sitayeşi: Azərbaycan səfirliyinə hücum edən şəxsin edamı barədə qərar çıxarılmayıb

Azərbaycan səfirliyinə silahlı hücum edən şəxs barəsində yekun qərar çıxarılmayıb.

Bunu İranın Ədliyyə və Məhkəmə Sisteminin sözçüsü Məsud Sitayişi bu gün keçirdiyi mətbuat kpnfransında deyib.

Azərbaycan Respublikasının Tehrandakı səfirliyində terror aktı törətmiş şəxsin ölüm cəzasına məhkum edilməsi barədə xəbərlərə münasibət bildirən Məsud Sitayişi hələ ki, məhkəmənin keçirilmədiyini qeyd edib.

“Bu ölkənin Tehrandakı səfirliyinə hücum edərək, səfirliyin bir əməkdaşını qətlə yetirən şəxsə edam hökmü çıxarılması ilə bağlı Azərbaycan Respublikası Milli Televiziyasının iddiasını rədd edirik. İş istintaq və məhkəmədə icraat mərhələsindədir. Məhkəmə hələ də keçirilməyib və hökm çıxarılmayıb”.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub.

“Kalaşnikov”la silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb.

Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirib. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib.

Related Articles

Bir cavab yazın

Back to top button