Azərbaycan

Siyamək Mirzayi “Evin” həbsxanasından azadlığa çıxdı

Tanınmış şair, yazıçı və mədəni fəal Siyamək Mirzayi bu gün sentyabrın 2-də, Təbriz vaxtilə axşam saat 19, Bakı vaxtilə saat 19:00-da saxlanıldığı Tehran şəhərinin “Evin” həbsxanasından azadlığa çıxıb.

Tanınmış şair, yazıçı və mədəni fəal Siyamək Mirzayi bu gün sentyabrın 2-də, Təbriz vaxtilə axşam saat 19, Bakı vaxtilə saat 19:00-da saxlanıldığı Tehran şəhərinin “Evin” həbsxanasından azadlığa çıxıb.

Mirzayi həbsxanadan məzuniyyətə buraxılıb. Ancaq cəzaya xitam verilməsi barədə yeni sərəncama və dəyişikliyə əsasən məzuniyyətdə olduğu müddətdə 1 il 10 günlük məhkumluq dövrünün qalan 90 gününü həbsxanaya qayıtmadan başa vurmuş sayılacaq.

Qeyd edək ki, Siyamək Mirzayi son dəfə dekabr ayının 28-i, 2020-ci ildə Ərdəbil şəhərində yaşadığı binanın girişində təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq həbs cəzasının qalan 1 il 10 gün hissəsini çəkmək üçün Tehrana göndərilib.

Siyamək Mirzayi 2016-ci ilin iyul ayının 13-də Muğanın Parsabad şəhərində məhkəmə hökmü təqdim edilmədən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, sonra Tehranın Evin həbsxanasına aparılmışdı.

O, Evin həbsxanasının təkadamlıq kamerasında aylarla saxlandıqdan və işgəncələrə məruz qaldıqdan sonra Baharıstan İnqilab Məhkəməsi tərəfindən “milli təhlükəsizlik əleyhinə fəaliyyət göstərən qruplara üzv olmaq” ittihamı ilə 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilmişdi.

Daha sonra apellyasiya məhkəməsində hökm 3 il həbs və 1 il Qain şəhərinə sürgünlə əvəz olunub.

Related Articles

Bir cavab yazın

Back to top button