Dünya

Şolts Ərdoğanı Berlinə dəvət etdi

Almaniya kansleri Olaf Şolts Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Aralıq dənizinin şərqindəki vəziyyəti müzakirə etmək üçün Berlinə dəvət edib. Bu barədə Almaniya hökumətinin saytı xəbər verir.

“Digər məsələlərlə yanaşı, hazırda NATO-da qəbul edilən qərarlar və Türkiyənin Avropa İttifaqı ilə münasibətləri fonunda Aralıq dənizinin şərqində müsbət inkişaf üzərində birgə işləmək niyyəti ifadə edilib”,- Nazirlər Kabinetinin məlumatında deyilir.

Bu məqsədlə kansler Ərdoğanı Berlinə dəvət edib.

Türkiyə Ali Seçki Komissiyasının sədri Əhməd Yener bazar günü axşam saatlarında bildirib ki, Rəcəb Tayyib Ərdoğan Türkiyədə prezident seçkilərinin ikinci turunda 52%-dən çox səs toplayaraq qalib gəlib.

Seçkilərin yekun nəticələri iyunun 1-dən gec olmayaraq açıqlanacaq.

Related Articles

Bir cavab yazın

Back to top button