Azərbaycanİran

Son 9 ayda İranla Azərbaycan arasında dəmir yolu ilə əmtəə mübadiləsi 33% artıb

İranın Şimal-2 Dəmiryolu Departamentinin rəisi Qulamhüseyn Vələdi Astara sərhəd terminalında 9 aylıq ixrac, idxal və yük tranzitinin statistikası və göstəricilərini şərh edib.

O, Azərbaycanla dəmir yolu ilə mal mübadiləsinin 33% artdığını açıqlayıb və deyib:

“Ötən ilin dekabr ayının sonuna kimi Astara dəmir yolu terminalında Azərbaycan Respublikası ilə 498 min tona yaxın mal mübadiləsi aparılıb ki, bu da ötən ilin müvafiq dövründəki 374 min 454 ton göstəricidən 33 faizdən çox artım deməkdir”.

Vələdinin sözlərinə görə, bu dəmir yolu xətti ilə Azərbaycana daşınan əsas ixrac malları sement, kimyəvi məhsullar, kafel və ərzaq malları olub, ən əsas tranzit və idxal malları sırasında isə odun, taxta-şalban və taxıl məhsulları var.

Related Articles

Bir cavab yazın

Back to top button