İran

Son beş ildə 15 mindən çox İranlı Türkiyədə ev alıb

İran vətəndaşları İraqdan sonra Türkiyədə ən çox ev alan xarici vətəndaşlardır. Bu barədə Türkiyənin Dövlət Aamar Mərkəzindən məlumat verilib. Həmin amara görə, son beş ildə 15 mindən çox iranlı bu ölkədə ev alıb. Türkiyənin verdiyi son aamara əsasən, son beş ildə ölkədə 6.944.616 mənzil satılıb. Türkiyədə ən yüksək mənzil satışı 2017-ci ildə gerçəkləşdirilib. Belə ki, həmin dövrdə 1.409.314 mənzil satılıb. Qeyd edək ki, bu il Türkiyədə bank faizlərinin azalmasından sonra ölkədə mənzil satışı yenidən artmağa başlayıb. Yalnız son səkkiz ayda Türkiyədə 1.244.434 mənzil satılıb. Ən çox mənzil satışı İstanbul və Ankara şəhərlərinin payına düşüb.

Related Articles

Bir cavab yazın

Back to top button