İran

Son bir həftədə üç böyük yanqın baş verib

Son bir həftə içində üçüncü böyük yanqın bu səfər Kirman ustanında olan Zərənd Polad fabrikasında baş verib.

İran məqamları Şənbə geçə Zərənd Polad Fabrikasında baş verən yanqının kontrol olunduğunu söylədilər. Zərənd Polad Fabrikasında baş verən patlama və yanqın son bir həftədə baş verən üçüncü böyük hadisədir. Geçən günlərdə Tehran-ın Petroşimisində(olduğu kimi oxunsun) və ondan qabaq da İran-ın ən böyük gəmisi olan Xarək Gəmisində böyük yanqın meydana gəlmişdi.

Yerəl qaynaqlar Xurdad ayının 16-da Zərənd Polad Fabrikasının kürə bölümündə bir patlamadan sonra yanqının meydana gəldiyini bildirmişdilər. Zərənd Fərmandarı bu hadisədə neçə nəfərin yaralandığını ancaq ölənin olmadığını bildirdi. Fabrikanın bəzi çalışanları bu hadisənin təxmin edildiyi və buna görə fabrikanın boşaltıldığına əmr edildiyini açıqlamışdılar. Şiddətli patlamanın səsi və yanqıq alovları ətraf kəndlərdən də eşidilib görülmüşdü.

Zərənd Fərmandarı Əli Sadeqzadə yanqının kontrol olunduğunu bildirib millətin hadisə yerindən uzaq durmasını istəyibdir. Zərəndin Yanqın söndürən sazmanının məsulları hadisənin tam nədəninin hələlik bəlli olmadığını və incələnməkdə olduğunu bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button