Dünyaİran

Şri-Lanka İrana olan borcunun 20 milyon dollarını çayla ödəyib

Ciddi iqtisadi və maliyyə sıxıntısı yaşayan Şri-Lanka İrana neft borcunun ödənilməsi çərçivəsində bu ölkəyə 20 milyon dollarlıq çay köçürdüyünü açıqlayıb.

Qeyd edək ki, Şri-Lankanın 2012-ci ildə İrandan idxal etdiyi neftə görə borcu 251 milyon dollardır.

251 milyon dollar dəyərində “neftə çay” barter ticarəti 2021-ci ildə imzalanmış sazişə uyğun olaraq həyata keçirilib. İran Şri-Lankadan hər ay 5 milyon dollar dəyərində çay alacaq. Çatdırılmalar iki il müddətinə planlaşdırılır.

Related Articles

Bir cavab yazın

Back to top button